"Marsel" klubu Xorxe Karraskal ilə müqavilə imzalamaq üçün ilkin təklifini edib.

Matc.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Bildirilir ki, Fransa klubu 27 yaşlı cinah oyunçusu üçün "Flamenqo"ya 20 milyon avro təklif edib, lakin rədd cavabı alıb. İndi isə Karraskal üçün yeni təklif hazırlayır.

Keçən mövsüm Karraskal Braziliya klubunda 24 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest