"Barselona"nın polşalı hücumçusu Robert Levandovski XXI əsrdə Avropanın top çempionatlarında futbolun iki əfsanəsi - Lionel Messi və Kriştiano Ronaldonun tarixi nailiyyətini təkrarlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Opta Sport" statistika portalına məlumat paylaşıb.

37 yaşlı forvard bu uğura La Liqanın 23-cü turunda "Malyorka" ilə matçda imza atıb. Oyun kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb və futbolçu qolla yadda qalıb.

Beləliklə, Levandovski 2025/2026 mövsümündə La Liqada 10 qol vuraraq bu əsrdə Avropanın beş aparıcı liqasında ardıcıl 15 mövsüm ərzində ikirəqəmli sayda qol vuran üçüncü oyunçu olub. Ondan əvvəl bu nəticəni yalnız Ronaldo (16 mövsüm) və Messi (15 mövsüm) göstərib.

Qeyd edək ki, polşalı hücumçu 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Daha əvvəl o, "Bavariya" və Dortmund "Borussiya"sının heyətində qollar vurub. Cari mövsümdə o bütün turnirlər daxil olmaqla, 28 oyunda iştirak edib, 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest