"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai gələcəyi barədə danışıb.

Matc.az xəbər verir ki, mavarıstanlı futbolçu "qırmızılar"la yeni sözləşmə üzrə danışıqlarda hələlik heç bir irəliləyiş olmadığını bildirib:

"Real irəliləyiş yoxdur. Buna görə də müqaviləm barədə yeni nəsə deyə bilmərəm. Qarşıda hələ çox oyun var. Diqqətimi yalnız buna yönəltmişəm. Bildiyiniz kimi, müqaviləm 2028-ci ilə qədər qüvvədədir. Buna görə hər gün, hər həftə meydanda olmağa hazıram. Sonra nə olacağını görəcəyik. Əlbəttə, özümü uzunmüddətli perspektivdə burada görürəm. Amma bu artıq tam mənim əlimdə deyil. Burada olmaq xoşuma gəlir. Azarkeşləri sevirəm. Ailəm xoşbəxtdir. Mən tam sakitəm.

Qeyd edək ki, Dominik Soboslai 2023-cü ilin yayından "Liverpul"da çıxış edir. 25 yaşlı futbolçu bu mövsüm 48 oyunda meydana çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest