Karlo Ançelotti mart ayında keçiriləcək Fransa və Xorvatiya ilə yoldaşlıq oyunları üçün Neymarı Braziliya millisinin heyətinə çağırmamaq qərarı verib.

Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.

Milli komandanın baş məşqçisi futbolçuların fiziki hazırlığına xüsusi diqqət yetirir. İtaliyalı mütəxəssis Neymarın uzunmüddətli zədədən sonra mərhələli şəkildə geri dönüşünü planlaşdırır.

Hazırda "Santos"da çıxış edən 34 yaşlı vinger dizindən aldığı zədə səbəbindən mövsümün əhəmiyyətli hissəsini buraxıb. Ançelotti mart ayında Boston və Orlandoda baş tutacaq oyunlar üçün onu heyətə daxil etməmək qərarına gəlib. Mütəxəssis əsas diqqəti xüsusilə cinah müdafiəçiləri və hücumçular olmaqla, açar mövqelərdə çıxış edən digər futbolçuların durumunun qiymətləndirilməsinə yönəldib.

Neymarın yayda keçiriləcək dünya çempionatında iştirakı ilə bağlı yekun qərarın isə may ayında ulduz futbolçunun fiziki və texniki hazırlıq səviyyəsi qiymətləndirildikdən sonra veriləcəyi planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest