"Qalatasaray" "Atletiko Paranaense"də çıxış edən Bruno Sapellini transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "RTI Esporte" məlumat yayıb.

"Sarı-qırmızılar" argentinalı hücumameyilli yarımmüdafiəçi üçün 6 milyon avroluq təklif göndərib. Braziliya klubu isə 23 yaşlı futbolçu üçün 15 milyon avro tələb edir.

Qeyd edək ki, Bruno Sapelli bu mövsüm "Atletiko Paranaense"nin heyətində keçirdiyi 8 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest