PSJ-nin idman direktoru Luis Kampos "Arsenal"ın hücumçusu Qabriel Martinellinin nümayəndələri ilə görüşüb. Klubun əsas oyunçularını saxlamaq istəyinə baxmayaraq, Paris rəhbərliyi bu yay heyəti gücləndirmək üçün yeni oyunçular əldə etmək imkanlarını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Get French Football News" paylaşıb.

Paris klubunun rəhbərliyi Martinellinin transferini yayda başa çatdırmağı planlaşdırır. 24 yaşlı braziliyalı futbolçu 2019-cu ilin yayından bəri London klubunda oynayır. "Transfermarkt"da hücumçunun dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Onun "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Qeyd edək ki, bu mövsüm Martinelli klubun heyətində bütün yarışlarda 46 oyunda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest