Ukrayna millisinin müdafiəçisi Vitali Mikolenko "Everton"la müqaviləsini uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Mikolenko ingilis klubu ilə müqaviləsini uzatmağa çox yaxındır və tərəflər yaxın gələcəkdə bununla bağlı növbəti addımları atacaqlar. Ukraynalı müdafiəçi qalacaq və "Everton" layihəsinin bir hissəsi olacaq.

Qeyd edək ki, Mikolenko 2022-ci ilin yanvar ayından bəri İngiltərə klubunda oynayır. "Everton" onu Kiyev "Dinamo"sundan 23,5 milyon avroya transfer edib.

Bu mövsüm 26 yaşlı ukraynalı bütün klub yarışlarında 32 oyunda bir məhsuldar ötürmə edib. Onun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest