"Roma"nın və Niderland millisinin hücumçusu Doniell Malen İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mükafat təkcə sentyabr ayı üçün deyil, həm də çempionatın ilk iki turunun keçirildiyi avqust ayı üçün təqdim olunub. Qeyd olunan müddət ərzində Malen meydana çıxdığı 5 matçda 6 qolla yadda qalıb.
Hazırda 27 yaşlı niderlandlı futbolçu A Seriyasının bombardirlər yarışına başçılıq edir. Onun komandası "Roma" isə çempionatın turnir cədvəlində liderliyi "İnter" və "Latsio" ilə bölüşdürür.
Malen ayın ən yaxşı oyunçusu adı uğrunda mübarizədə Davide Frattezi ("Latsio"), Daniel Maldini ("Kalyari"), Lautaro Martines ("İnter"), Adrien Rabio ("Milan") və Giorgi Kvernadzeni ("Frozinone") qabaqlayıb.
Xatırladaq ki, Malen ötən mövsümün ikinci yarısını "Roma"da icarə əsasında keçirib, bundan sonra klub onun transfer hüquqlarını "Aston Villa"dan birdəfəlik satın alıb.





_1790868629.jpg)




_1790861059.jpg)


