Fransanın “Le Parisien” qəzeti PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovun UEFA Çempionlar Liqasının liqa mərhələsində “Barselona”ya qarşı keçirdiyi oyundakı çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, nəşr qapıçının güclü tərəfləri ilə yanaşı, üzərində işləməli olduğu məqamlara da diqqət çəkib.

Oktyabrın 20-də keçirilən qarşılaşma Paris təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Safonov matç ərzində iki qol buraxıb.

“Le Parisien” rusiyalı qapıçının çıxışını belə şərh edib:

“Safonov ümumilikdə inamlı təsir bağışlasa da, “Barselona”nın vurduğu hər iki qol zamanı mövqe seçimində yol verdiyi səhvlər diqqət çəkir. Halbuki bu qolların qarşısını almaq mümkün idi. Yaxın dirəyi etibarlı şəkildə bağlamaq hələ də onun ən yüksək səviyyədəki zəif cəhətlərindən biridir.

Bununla belə, son həftələrdə ayaqla oyun baxımından nümayiş etdirdiyi irəliləyiş göstərir ki, onun heç bir çatışmazlığını aradan qaldırılmaz hesab etmək olmaz. Ən yüksək səviyyədə cəmi on aydır çıxış edən rusiyalı qapıçı artıq nəzərəçarpacaq inkişaf nümayiş etdirib.

PSJ-nin digər futbolçularında olduğu kimi, Safonovdan da bir ildən az müddətdə müntəzəm oyun təcrübəsi qazanaraq bütün bacarıqlara tam yiyələnməsini gözləmək düzgün olmazdı”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest