"Qarabağ"ın futbolçusu üçün il bitdi
Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.