Beləliklə, bu mövsüm ÇL-in final matçı mayın 28-də Parisdəki "Stad de Frans"da təşkil olunacaq. Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.
Püşkatma zamanı qeydə alınan problemlərə gəlincə, əvvəlcə "Vilyarreal"ın (İspaniya) rəqibləri arasında "Mançester Yunayted" (İngiltərə) şarı qoyulub. Halbuki, bu komandalar qrup mərhələsi zamanı eyni qrupda yer aldığından, bir-biri ilə düşmələri mümkün deyildi.
Xatırladaq ki, Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real" və "Atletiko" (Madrid), Almaniyanın "Bayern", Avstriyanın "Zalsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqəni daha öncə təmin etmişdi.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.