Futbol üzrə UEFA çempionlar Liqasında pley-off həyəcanı davam edir. Matc.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki oyun keçirilib.

"Mançester Yunayted" Madriddə "Atletiko"nun qonağı olub. Hesabı meydan sahibləri açsa da, "qırmızı şeytanlar" məğlubiyyətdən xilas olmağı bacarıblar.

"Benfika" isə son Niderland çempionu "Ayaks"ı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyun da heç-heçə bitib.

Bu gün keçirilən oyunlarla 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Xatırladaq ki, 1/8 finalın əvvəlki oyunlarında İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"ə 5:0, PSJ Fransada İspaniya "Real"ına 1:0, İngiltərə "Liverpul"u İtaliyada "İnter"ə, "çelsi" (İngiltərə) isə evdə "Lill"ə (Fransa) 2:0 hesabı ilə qalib gəlib. Almaniya "Bayern"i Avstriyada "Zalsburq"la, "Yuventus" (İtaliya) da səfərdə "Vilyarreal"la (İspaniya) heç-heçə edib – 1:1.

UEFA çempionlar Liqası
1/8 finalın ilk oyunları
23 fevral

Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə) 1:1
Qol: J.Feliks, 7 – Elanqa, 80.

Benfika (Portuqaliya) – Ayaks (Niderland) 2:2
Qol: Haller, 26-öz qapısına. Yaremçuk, 72 – Tadiç, 18. Haller, 29.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest