"Napoli" "İnter"in hücumçusu Mauro İkardini transfer etməkdə israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, neapollular argentinalıya artıq vaxt veriblər.

Belə ki, İkardi və "İnter" klubu ən geci sabah konkret cavabını verməlidi. Əgər onların təklifə reaksiyası mənfi olsa, "Napoli" Fernando Lyorrente ilə müqavilə bağlayacaq. "Tottenhem"dən ayrılaraq azad agent statusu daşıyan Lyorrentenin keçidi problemsiz başa gələcək.

Qeyd edək ki, İkardi ilə "Yuventus" da maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest