“Bavariya”nın hücumçusu və “Qızıl top” mükafatının sahibi Harri Keyn futbol dünyasının bu ən nüfuzlu fərdi mükafatını UEFA Çempionlar Liqası çempionluğu ilə dəyişməyə hazır olduğunu bəyan edib. Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
 
İngiltərəli hücumçu müsahibəsində fərdi uğurlardan daha çox komanda qələbələrinə üstünlük verdiyini vurğulayıb:
 
“Düşünürəm ki, bəli. Həmişə demişəm ki, biz komanda uğuru üçün oynayırıq və komanda mənim üçün son dərəcə vacibdir. “Qızıl top”u qazanmaq həyatımın ən gözəl anlarından biri idi - bu, həqiqətən xüsusi bir mükafat və unudulmaz bir axşam idi. Lakin uğuru komanda ilə birlikdə qeyd etmək və kuboku başı üzərinə qaldırmaq - bunlar sözlə ifadə edilməz hisslərdir”.
 
Karyerasındakı hədəflərə toxunan təcrübəli forvard hər iki titulun xüsusi dəyərə malik olduğunu, lakin Çempionlar Liqasının hər zaman əsas arzu olaraq qaldığını bildirib:
 
“Karyeraya nəzər saldıqda, “Qızıl top” insanı yeni səviyyəyə qaldıran müstəsna bir nailiyyətdir, Çempionlar Liqasını qazanmaq isə insanın daim can atdığı bir hədəfdir. Bununla belə, ümid edirəm ki, heç vaxt bu ikisi arasında seçim etmək məcburiyyətində qalmaram”.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest