Bu gündən UEFA tərəfindən hakimlər üçün "III Video Köməkçi Hakim (VAR)" kursu təşkil olunacaq. Matç.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbirdə azərbaycanlı hakimlər də iştirak edəcək.

Belə ki, Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəli Hollandiyadakı kursa qatılacaq.

Qeyd edək ki, 4 gün davam edəcək "III Video Köməkçi Hakim (VAR)" kursuna noyabrın 15-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest