Almaniyalı ÇL tarixində bir klubda 150 və ya daha çox oyun keçirən üçüncü futbolçu olub. “Real”ın sabiq qapıçısı İker Kasilyas da “kral klubu”nun heyətində bu göstəricidə qalıb.

Çempionlar Liqasının (ÇL) yarımfinalında “Real”la keçirilən ilk oyun “Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, bu, 34 yaşlı hücumameyilli oyunçunun turnirdə 150-ci görüşü olub.
 
Bununla, almaniyalı ÇL tarixində bir klubda 150 və ya daha çox oyun keçirən üçüncü futbolçu olub. “Real”ın sabiq qapıçısı İker Kasilyas da “kral klubu”nun heyətində bu göstəricidə qalıb. “Barselona”nın hazırkı baş məşqçisi Xavi Ernandes isə kataloniya klubunda 151 Çempionlar Liqası qarşılaşmasının iştirakçısı olub.
 
Qeyd edək ki, “Allianz Arena”da keçirilən oyunda “Bavariya” “Real”la 2:2 hesablı bərabərə qalıb. Cavab matçı mayın 8-də Madriddə oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest