İFAB 2019-cu il martın 2-də keçiriləcək iclasında 7 yeniliyi müzakirəyə çıxarıb, səsvermə ilə onların tətbiq edilib-edilməməsinə qərar verəcək.

 Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (İFAB) qaydalarda bir sıra dəyişikliklərin edilməsi ideyasını irəli sürüb. Matç.az saytı xəbər verir ki, futbol qaydalarına nəzarət, yenilik və dəyişilməsi ilə məşğul olan qurum oyunun baxımlı olması üçün növbəti addımlar atmaq niyyətindədi.

İFAB 2019-cu il martın 2-də keçiriləcək iclasında 7 yeniliyi müzakirəyə çıxarıb, səsvermə ilə onların tətbiq edilib-edilməməsinə qərar verəcək. Bu yeniliklər aşağıdakılardı:

– Əvəzetmə qaydaları dəyişdirilsin. Vaxt uzadılmaması üçün meydanı tərk edən oyunçu texniki zonanın yanında deyil, ona yaxın olan yan və ya qapı xəttindən kənara çıxsın.

- Oyunsonrası penalti seriyası indiki ardıcıllıqla yerinə yetirilməsinə üstünlük verilsin, alternativ ABBA sxemindən istifadə olunması ideyası rədd edilsin. Bu ideyada hər dəfə bir komanda ilk zərbəni yerinə yetirməli idi. 1-ci, 3-cü və 5-ci penaltini A komandası, 2-ci və 4-cü zərbəni B komandası əvvəl vurmalı idi.

- Əllə oyun, xüsusilə də istəmədən toxunuş olan epizodlarla bağlı qaydalar daha detallı şəkildə yazılsın.

- Mübahisəli top qaydası dəyişdirilsin.

- Penalti zamanı qapıçılara yalnız bir ayağını qapı xətti üzərində saxlamağa icazə verilsin.

- Qapıdan zərbə və sərbəst zərbəni öz cərimə meydançasından başlamağa icazə verilsin.

- Təkcə məşqçilər deyil, klub rəsmilərini sarı və qırmızı vərəqə ilə cəzalandırılsın.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest