"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Madrid klubu braziliyalı futbolçu ilə razılıq əldə edib. Ederson La Liqa təmsilçisinin illik 5+2 milyon avroluq maaş təklifini qəbul edib.

"Atletiko" Braziliya millisinin üzvü üçün İtaliya klubuna 38 milyon avroluq təklif göndərib. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Ederson bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 34 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest