Qadın voleybolçulardan ibarət "Azərreyl" komandası çelenc kubokunda mübarizəyə başlayıb. Matç.az saytı xəbər verir ki, təmsilçimiz avrokuboklara 1/16 final mərhələsindən start verib.

Famil Ağayevin yetirmələri Belçika "Hermes"i ilə ilk görüşünü keçirib. Hər iki matçını Ostende şəhərində oynayacaq Azərbaycan çempionu ilk dueldə 0:3 (20:25, 22:25, 13:25) hesabı ilə uduzub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 29-da keçiriləcək. Ostendədə baş tutacaq bu görüşdə "Azərreyl" nominal meydan sahibi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest