Bu gün Premyer Liqada IX turun daha iki oyunu keçiriləcək. Matc.az xəbər verir ki, ilk qarşılaşma Sumqayıtda baş tutacaq. “SOCAR Polymer Arena”da autsayder “Şəfa” Gəncənin “Kəpəz” klubunu qəbul edəcək.

Günün digər qarşılaşması “Palms Sports Arena”da keçiriləcək. Liderlər qrupunda yer alan “Neftçi”  ötən tur “İmişli”yə uduzan “Turan Tovuz”la üz-üzə gələcək.
 
Premyer Liqa, IX tur
24 oktyabr (şənbə)
 
16:30 “Şəfa” – “Kəpəz” 
“SOCAR Polymer Arena”. Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
 
19:00 “Neftçi” – “Turan Tovuz”
“Palms Sports Arena”. Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov
 
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest