Mərasim Londondakı “Palladium” teatrında keçirilir. Dembele klubu təmsil edərək mükafatı qəbul edib.
PSJ “Qızıl top” mərasimində 2025/2026 mövsümünün ən yaxşı klubu mükafatına layiq görülüb. Matc.az xəbər verir ki, kubokun təqdimatı zamanı Fransa paytaxtı təmsilçisinin adından səhnəyə mövcud “Qızıl Top” sahibi Usman Dembele çıxıb.
Mərasim Londondakı “Palladium” teatrında keçirilir. Dembele klubu təmsil edərək mükafatı qəbul edib.
PSJ Avropanın əsas klub turniri – Çempionlar Liqasının qalibi kimi mövsümə yekun vurub.
Dembele ötən il, 2025-ci ildə “Qızıl Top”u qazanıb. Bu il də 30 nəfərlik siyahıda yer aldı və yekun “onluğ”a düşən futbolçular arasındadı.
PSJ-nin digər üç futbolçusu, Xviça Kvaratsxelia və Fabian Ruis də bu mükafat uğrunda mübarizə aparırdı. “Qızıl top”un yeni sahibi isə hələ rəsmi olaraq açıqlanmayıb.













