Bu gün UEFA Millətlər Liqasının B Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında 1-ci qrupun ilk turundan təxirə salınmış oyun keçirilib.

Matc.az xəbər verir ki, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda baş tutan matçı italiyalı FİFA referisi Mauritsio Mariani idarə edib.

Qarşılaşma isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Şotlandlar 3 xalı 3 cavabsız qolla qazanıblar.

Bu qələbə sayəsində Şotlandiya yığması 9 xalla qrup liderliyini ələ keçirib. Ukrayna yığması isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası
B Divizionu, 1-ci qrup
21 sentyabr

Şotlandiya – Ukrayna 3:0
Qol: Makqinn, 70. Dayks, 80; 87.
Baş hakim: Mauritsio Mariani (İtaliya)
Qlazqo. "Hempden Park" stadionu.

Xal: Şotlandiya – 9. Ukrayna – 7. İrlandiya – 4. Ermənistan – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest