Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriəcək.

Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" II təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın ÇSKA kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Sofiyadakı cavab oyunu iyulun 30-da baş tutacaq.

UEFA Avropa Liqası
I
I təsnifat mərhələsi
23 iyul

20:00. "Qarabağ" ÇSKA

Baş hakim: Daniele Kiffi
Baş hakimin köməkçiləri: Covanni Bakkini, Alessandro Lo Çiçero
Dördüncü hakim: Daniele Perenzoni
VAR: Valerio Marini
AVAR: Federiko La Penna
Tofiq Bəhramov adına Respublika Stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest