Londonun "Arsenal" klubu "Nyukasl"ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimaraeş ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, İngiltərənin son çempionu yarımmüdafiəçinin transferi ilə bağlı "Nyukasl"a ilk rəsmi təklifi göndərməyə hazırlaşır. "Arsenal" 70 milyon avro təklif etməyi planlaşdırır.
"Nyukasl"ın isə ilk təklifi rədd edəcəyi gözlənilir, lakin London klubu "Arsenal"ın baş məşqçisi Mikel Artetanın öz komandasında görməyi çox istədiyi oyunçunu gec-tez heyətinə qata biləcəyinə əmindir.
Gimaraeşin "Nyukasl" ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, 26 yaşlı braziliyalının transfer dəyəri 70 milyon avro qiymətləndirilir.













