"Neftçi"dən "Apollon"a transfer olunan Qodsvey Donyo Kipr klubunda tibbi müayinədən keçib. Mac.az xəbər verir ki, bu barədə Qana mətbuatı məlumat yayıb.
 
Bildirilib ki, bu ölkədən olan 29 yaşlı hücumçu Limassol təmsilçisində tibbi müayinə prosedurunu tamamlayıb. Forvard tezliklə yeni komandası ilə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə qol çəkəcək.
 
Qeyd edək ki, Qodsvey Donyo bu mövsüm "Neftçi"nin heyətində Premyer Liqada keçirdiyi 15 oyunda 4 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest