30 İyun 2026, 14:57
FUTBOL
Qəbələ təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb.
"Qəbələ" yay fasiləsində daha bir transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qəbələ təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu "Bravo" (Sloveniya) olub.
O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.












_1782817983.jpeg)
