ABŞ-nin ərazisində hökm sürən həddindən artıq yüksək temperatur bu həftə dünya çempionatının pley-off oyunları zamanı futbolçular və azarkeşlər üçün təhlükəli ola bilər. Anomal hava şəraiti matçların təşkilinə ciddi təsir göstərə bilər.

Matc.az xəbər verir ki, bu barədə TSN telekanalı məlumat yayıb.

Amerikalı sinoptiklərin məlumatına görə, çərşənbə günündən etibarən Boston (Massaçusets ştatı), Kanzas-Siti (Missuri ştatı), Nyu-York (Nyu-York ştatı) və Filadelfiya (Pensilvaniya ştatı) şəhərlərində ekstremal isti hava şəraiti hökm sürəcək, temperatur 44 dərəcəyə qədər yüksələcək.

Bu cür hava şəraiti azarkeşlərin, oyunçuların sağlamlığına ciddi təhdid yaradır, çünki bu şəhərlərdə qapalı stadionlar yoxdur və insanların günəş şüalarından gizlənməyə sadəcə yeri yoxdur. Qeyd olunan şəhərlərdə bu həftə həmçinin dünya çempionatının 1/16 final mərhələsinin qarşılaşmaları planlaşdırılıb.

Sinoptiklər anomal yüksək temperaturların uzun müddət davam edəcəyini proqnozlaşdırırlar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest