"Mançester Siti"nin hücumçusu Erlinq Haland UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın "Leypsiq" komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 7:0 hesabıyla qalib gəldikləri və 5 qola imza atdıqları matçla bağlı bunları söyləyib:
 
"Əla gecə idi. çempionlar Liqasında oynamaqdan çox qürur duyuram. Hamının bildiyi kimi, bu turniri sevirəm. Belə bir turnirdə bir oyuna beş qol vurmaq, 7:0 hesablı qələbə... çox xoşbəxtəm.
 
Hazırda başım dumanlıdır və qolları belə xatırlaya bilmirəm. Düşünmədən zərbə vurduğum yadıma düşür. Bu qədər qol sevincindən sonra çox yorğunam. Dünənki məşqdə pressinq üzərində işlədik. Xüsusilə evdə oynadığımızı nəzərə alsaq, təzyiq göstərməli, qaçmalıydıq. Biz topu götürməyi və onunla irəli getməyi çox yaxşı bacarırıq, xüsusən də Kevin de Bruyne onu qapıya aparanda. Məncə, biz daha çox təzyiq göstərməliyik. Mənim super gücüm? Beş qoldan sonra deyərdim ki, qol vurmaq. Penaltiyə gəlincə, mən sadəcə topun tora daxil olmasına diqqət yetirdim. 
 
Meydanı tərk edəndə Qvardiola ilə nə danışdım? Ona qoşa het-trik etmək istədiyimi dedim. Amma indi bu barədə danışmağın mənası yoxdur".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest