10 İyul 2026, 21:28
FUTBOL
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Serbiyanın "Radniçi Niş" kollektivi ilə qarşılaşıb. Yuri Vernidubun rəhbərlik etdiyi komanda rəqibini 3 cavabsız qolla məğlub edib. Görüşdə qolları 3 və 26-cı dəqiqələrdə Breno Almeyda, 82-ci dəqiqədə isə Ağadadaş Salyanski vurub.
Xatırladaq ki, "ağ-qaralar" Sloveniya toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama görüşlərində Serbiya "Partizan"ına 0:1, Rumıniyanın "ÇFR Kluj" klubuna isə 1:2 hesabı ilə məğlub olub.













