"Molde"nin 3 futbolçusu UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək görüşdə iştirak etməyə bilər. 

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bunlar müdafiəçi Martin Linnes, yarımmüdafiəçilər Erlinq Knudtzon və Martin Ellinqsendir. Hər üç oyunçunun durumu ilə bağlı yeni informasiya yoxdur.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Molde" oyunu saat 20:45-də başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest