"Qarabağ" futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.

"Qarabağ" futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalanıb.

Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən "Qarabağ"ın formasını geyinən Hüseynov bu komandanın heyətində Premyer Liqada meydana çıxdığı 267 oyunda 5 qol vurub.

Qeyd edək ki, o, "Qarabağ"la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest