“Liverpul” mövsümün sonunda daha bir aparıcı simasını itirə bilər. Matc.az xəbər verir ki, baş məşqçi Yurgen Kloppla yanaşı, komandanın meydandakı lideri Məhəmməd Salahın da ayrılmaq variantı yaranıb.

Misirli hücumçu məhz Kloppun ayrılıq qərarından sonra başqa komandaya keçmək fikrinə düşüb. Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu onun transferi qarşılığında 200 milyon funt-sterlinq ödəməyə hazırdı.

Keçid baş tutarsa, “qırmızılar” Salahın boşluğunu “Vest Hem”in vingeri Məhəmməd Kudusla doldurmağa çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest