"Atletik"in kapitanı və hücumameyilli yarımmüdafiəçisi İker Munyain mövsümün sonunda komandanı tərk etmək qərarına gəlib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu "Atletik"in yetirməsidir. O, Bilbao klubunda 15 mövsüm keçirib və 557 matçda iştirak edib ki, bu da komandanın tarixində ən yaxşı ikinci nəticədir. "Atletiko" ilə o, 2 dəfə İspaniya kubokunu və ölkə Superkubokunu qazanıb.
 
Bu mövsüm Munyain 22 oyun keçirib və 2 qol vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest