Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq üz-üzə gələcək 6-cı cütdü. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.

Azərbaycan Kubokunun finalına yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək. Matc.az xəbər verir ki, bu komandalar daha əvvəl 2021-22 mövsümündə də finalda qarşılaşıblar.
 
Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq üz-üzə gələcək 6-cı cütdü. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.
 
Kubok mövsümünün son matçında “Neftçi” - “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” - “Şəmkir”, “Kəpəz” - “Qarabağ”, “Xəzər Lənkəran” - “İnter”, “Neftçi” - “Qəbələ” matçları iki finala təsadüf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest