İki sırada “Mançester Yunayted” qərarlaşıb. “Qırmızı şeytanlar” 1993-94 mövsümündə ardıcıl 34 oyun və 1998-99 mövsümündə isə 33 görüşdə uduzmayıb.

“Mançester Siti” İngiltərə Premyer Liqasının XXIX turundan təxirə salınan oyununda səfərdə “Brayton”u darmadağın edib - 4:0. Matc.az xəbər verir ki, “şəhərlilər” bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 30 görüşə çatdırıb.
 
Pep Qvardiolanın kollektivi İngiltərənin yüksək liqa tarixində bu nailiyyətə imza atan üçüncü klubdu. Rekord “Nottingem Forest”ə məxsusdu. Bu komanda 1978-ci ildə ardıcıl 40 məğlubiyyətsiz matç keçirib. İki sırada “Mançester Yunayted” qərarlaşıb. “Qırmızı şeytanlar” 1993-94 mövsümündə ardıcıl 34 oyun və 1998-99 mövsümündə isə 33 görüşdə uduzmayıb.
 
“Mançester Siti” həm də Premyer Liqada məğlubiyyətsizlik seriyasını davam etdirib. Komanda daxili birincilikdə sonuncu dəfə ötən il dekabrın 6-da “Aston Villa” ilə matçda yenilgi (0:1) üzü görüb. Həmin vaxtdan bəri “şəhərlilər” Premyer Liqada 18 oyun keçirib, onun 14-də qələbə qazanıb, 4 dəfə heç-heçə edib.
 
Qeyd edək ki, “Mançesgter Siti” növbəti matçını aprelin 28-də “Nottingem Forest”ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest