Gənclər Liqasında ilk mərhələnin oyunları sentyabrın 18-də və oktyabrın 2-də keçiriləcək. II raund oktyabrın 23-də və noyabrın 6-da, III mərhələ noyabrın 27-də və dekabrın 11-də reallaşacaq.

U-19 Gənclər Liqasının qalibi olan “Sabah” Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək. Matc.az xəbər verir ki, paytaxt klubunun U-19 komandasının 2024-25 mövsümündəki rəqibi sentyabrın 3-də bilinəcək.
 
Çempionlar yolunun püşkü məhz həmin gün İsveçrənin Nyon şəhərində atılacaq. Növbəti mövsümdən Çempionlar yolu 3 mərhələdən ibarət olacaq. Püşkatma mərasimində isə “Sabah”ın I raunddakı rəqibi ilə yanaşı, digər mərhələlərdəki potensial rəqibləri də müəyyənləşəcək.
Gənclər Liqasında ilk mərhələnin oyunları sentyabrın 18-də və oktyabrın 2-də keçiriləcək. II raund oktyabrın 23-də və noyabrın 6-da, III mərhələ noyabrın 27-də və dekabrın 11-də reallaşacaq.
 
“Sabah” ilk dəfə qatılacağı turnirdə hər üç mərhələni keçsə, 1/16 finala yüksələcək. Orada isə Çempionlar Liqası yolundan 22, Çempionlar yolundan 10 komanda yarışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest