Bundesliqa təmsilçisi 65 yaşlı çalışdırıcı ilə 2 və ya 3 illik müqavilə imzalamaq niyyətindədi. Klub rəhbərliyi həmçinin onun müqaviləsinə xitam verilməsi üçün Avstriya Futbol Federasiyasına təxminən 2-3 milyon avro ödəməli olacaq.

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik “Bavariya” ilə danışıqları intensivləşdirib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis Münhen klubu ilə anlaşmağa yaxın hesab olunur.
 
Bundesliqa təmsilçisi 65 yaşlı çalışdırıcı ilə 2 və ya 3 illik müqavilə imzalamaq niyyətindədi. Klub rəhbərliyi həmçinin onun müqaviləsinə xitam verilməsi üçün Avstriya Futbol Federasiyasına təxminən 2-3 milyon avro ödəməli olacaq.
 
“Bild” nəşri “Bavariya”nın qarşıdakı günlərdə bu təyinatı açıqlayacağını iddia edib. Ranqnik böyük ehtimalla növbəti mövsümdən komandanın sükanı arxasına keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest