35 yaşlı qapıçı qərarını sosial şəbəkədə bildirib. O, instaqram hesabında paylaşım edərək daha milli komandanın şərəfini qorumayacağını qeyd edib.

2008-2015-ci illərdə “Qarabağ”ın formasını geyinmiş İbrahim Şehiç yığma karyerasını bitirib. Matc.az xəbər verir ki, o, bundan sonra Bosniya və Herseqovina millisinin formasını geyinməyəcəyini açıqlayıb.

35 yaşlı qapıçı qərarını sosial şəbəkədə bildirib. O, instaqram hesabında paylaşım edərək daha milli komandanın şərəfini qorumayacağını qeyd edib.

Bosniya və Herseqovina yığmasında ilk oyununu 2010-cu ildə keçirən Şehiç buvaxtadək 55 dəfə millinin formasını geyinib. Hazırda klub karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Halic"də davam etdirən çərçivə qoruyucusu Türkiyədə də legioner həyatı yaşayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest