Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.

Matc.az verir ki, yığma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Ukrayna komandası ilə üz-üzə gəlib.

Voleybolçularımız 0:3 (16:25, 16:25, 23:25) hesabı ilə məğlub olublar.

Qeyd edək ki, komandamız ilk oyunda da 3:0 hesabıyla Rumıniyaya məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest