Konfrans Liqasında ilk finalçı bəlli olub. Matc.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib. “Fiorentina” finala vəsiqə yolunda “Brügge” ilə səfərdə üz-üzə gəlib.

Konfrans Liqasında ilk finalçı bəlli olub. Matc.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib.

“Fiorentina” finala vəsiqə yolunda “Brügge” ilə səfərdə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatsa da, ümumi hesabda 4:3 qələbə qazanan İtaliya təmsilçisi finala adını yazdırıb.

Bu raundun digər cavab qarşılaşması sabah “Olimpiakos”la “Aston Villa” arasında olacaq.

Konfrans Liqası

Yarımfinal, cavab oyunu

8 may

20:45. “Brügge” (Belçika) – “Fiorentina” (İtaliya) 1:1

Baş hakim: Halil Umut Meler

Brügge, “Yan Breydel” stadionu

İlk oyun - 2:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest