AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Əvəzedicilər Liqasının XXXIII turunda baş verən neqativ hallarla bağlı qərarlar verilib. Matc.az xəbər verir ki, İK “Kəpəz-2” – “Sumqayıt-2” oyununda baş verən hadisə ilə bağlı qərarını açıqlayıb.

Görüşün 70-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynov 5 oyunluq cəzalanıb, klub 400 manat cərimə edilib.

Bundan başqa. Həvəskar Liqasının II turunda “Gənclər”lə matçda rəqibi vurduğu üçün qırmızı vərəqə alan “Sparta”nın futbolçusu Fikrət Həsənov 4 oyunluq sanksiya ilə üzləşib.

Eyni liqanın “Dirçəliş” – “City Baku” qarşılaşmasında təcavüzkar davranışa (rəqibi əl ilə vurduğuna) görə qırmızı vərəqə alan birincilərin üzvü Oruc Məmmədov qarşıdakı 4 oyunu buraxacaq.

Gənclər Liqasının “Səbail” - İCBFA görüşündə isə “Səbail”in oyunçusu Amir Qəribov hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest