Mövsümün sonunda Dortmund "Borussiya"sından ayrılacağını açıqlayan Marko Roys gələcək karyerası ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, onun karyerasını bitiricəyi haqda söz-söhbətlər yayılsa da, təcrübəli yarımmüdafiəçi futbol oynamağa davam edəcək.

İnsayder Fabrizio Romano bildirib ki, Roys butslarını mismardan asmaq fikrindən uzaqdı. O, yay transfer dövründə azad agent kimi başqa kluba keçməyi planlaşdırır. Roysun niyyəti MLS klublarından biri ilə anlaşmaqdı. Artıq tərəflər arasında danışıqların başlandığı bildirilir.

Qeyd edək ki, Roys 2012-ci ilin yayından “Borussiya”nın formasını geyinirdi. O, Dortmund klubunda 424 rəsmi oyunda 168 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest