"Real"ın yarımmüdafiəçisi Aurelien Tçuameni sol ayağından zədə alıb.
 
Matc.az xəbər verir ki, futbolçunun bərpa müddəti ilə bağlı təfərrüatlar təqdim edilməyib. O, ötən gün Çempionlar Liqasının ikinci yarımfinalında “Bavariya” ilə görüşün (2:1) 70-ci dəqiqəsində məcburi əvəzlənib.
 
Bu mövsüm 24 yaşlı yarımmüdafiəçi klubda 38 oyun keçirib və 3 qol vurub.
 
İyunun 1-də Çempionlar Liqasının finalında “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest