"Real"ın müdafiəçisi Naço yayda azad agent kimi klubdan ayrılmağa hazırlaşır.
 
Matc.az xəbər verir ki, futbolçu MLS və Səudiyyə Ərəbistanından olan variantları nəzərdən keçirir. O, Avropada qalmaq fikrində deyil.
 
Qeyd edək ki, "kral klubu" La Lİqada 34 turdan sonra 87 xal toplayaraq çempionluğu vaxtından əvvəl təmin edib. Çempionlar Liqasında isə iyunun 1-də "Uembli"də keçiriləcək final oyununda "Borussiya"ya (Dortmund) rəqib olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest