Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə oyunlarının vaxtı bəlli olub. Matc.az xəbər verir ki, B Liqasının birinci qrupunda qərarlaşan komandaların ilk dueli mayın 31-də keçiriləcək.

Erzincanda baş tutacaq qarşılaşmanın start vaxtı Bakı vaxtı ilə saat 21:00-dı. Türkiyə ilə ikinci matç isə iyunun 4-də keçiriləcək. “Dalğa Arena”da baş tutacaq həmin duel saat 19:00-da start götürəcək.

Bundan əlavə, milli komandamızın son turda İsveçrə ilə keçirəcəyi səfər oyununun məkanı müəyyənləşib. Lozannada “Olimpik De La Pontez”də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İki turdan sonra aktivində 1 xal olan yığmamız qrupda sonuncudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest