Türkiyə Superliqasının təmsilçisi “Beşiktaş” klubunun fransalı futbolçusu "Marsel"də icarə əsasında çıxış edən Jan Onana silahlı hücuma məruz qalıb.

Matc.az xəbər verir, bu barədə “Europe 1” məlumat yayıb.

Silahlılar kamerunlu futbolçunun avtomobilinə atəş açıblar və bu məqsədlə onu qarət etmək istəyiblər. Hadisə zamanı avtomobildə onun komanda yoldaşı Faris Moumbaqna da olub. Lakin oğruların cəhdləri uğursuz alınıb. Hadisədə futbolçulara xəsarət dəyməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest