PSJ-dən ayrılacağı dəqiqləşən Kilian Mbappenin qardaşı Etan Mbappe də Paris klubunu tərk edə bilər. Matc.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin hazırkı klubu ilə müqaviləsinin müddəti yayda bitəcək.

Kilianın “Real”a keçəcəyi təsdiqini tapandan sonra PSJ rəhbərliyi onun qardaşına yeni sözləşmə təklif etməmək qərarını verib. Parislilərin heyətində oyun praktikasından əziyyət çəkən Etan bunun fərqindədi və komandasını dəyişmək istəyir. Onun karyerasını Fransanın başqa klubunda davam etdirmək ehtimalı var. Belə ki, “Lil” sözügedən xavbeki heyətində görmək istəyir. Tərəflər arasında danışıqlara artıq start verildiyi bildirilir.

Qeyd edək ki, Etan Mbappe cari mövsümdə ümumilikdə 5 oyunda PSJ-nin formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest