“Bavariya”nın əfsanəvi qapıçısı Oliver Kan Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la cavab oyununda kobud səhvlə komandasını finaldan məhrum edən həmkarı Manuel Noyerlə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Almaniya millisinin sabiq kapitanı DÇ-2002-nin finalında Braziliya ilə görüşdə buraxdığı səhvi Noyerin səhvi ilə müqayisə edib.

Onun fikrincə, həmyerlisi buna çox gec yol verib: “2002-ci ildə qolu buraxandan sonra vaxtımız var idi. Təəssüf ki, Noyer səhvi 88-ci dəqiqədə etdi. Buna qədər isə əla “seyv”lərlə yadda qaldı. Bu, qapıçının çətin həyatının bir hissəsidi. Manuel bunun öhdəsindən gələcək qədər təcrübəlidi”.

Qeyd edək ki, Oliver Kan 2002-ci ildəki dünya çempionatının finalında Braziliya ilə qarşılaşmanın 67-ci dəqiqəsində Rivaldonun zərbəsini əlindən buraxıb və dönən topu Ronaldo qapıdan keçirib. Bir qədər sonra dubla imza atan Ronaldo Braziliya millisinə 2:0 hesablı qələbə qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest