Luka Modriç və Toni Kroosun “Real”dakı gələcəyi yaxın günlərdə müəyyənləşəcək. Matc.az xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres hər iki yarımmüdafiəçi ilə görüşəcək.

Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti ulduz futbolçularının komandada qalmasını istəyir. 38 yaşlı xorvatiyalı son vaxtlar özünü vacib oyunçu kimi görmür. Ancaq danışıqların gedişindən çox şey asılı olacaq. Modriç və Kroos razılıq versə, onlarla yeni bir illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Luka Modriç 2012, Toni Kroos isə 2014-cü ildən “Real”ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest