“Arsenal” sabiq qapıçısı Voyçex Şesnini qaytarmaq istəyir. Matc.az xəbər verir ki, London klubu niyyətini “Yuventus”da çıxış edən polşalı qolkiperə çatdırıb.

“Topçular” qapıçısı Aaron Ramsdeyllə mövsümün sonunda vidalaşmağı planlaşdırır. Şesni də çərçivəni yenidən qorumaq üçün əsas namizəddi. İtalyanların da öz növbəsində 34 yaşlı qolkiperi satmaq istəməsi bu dönüşün mümkünlüyünü artırır.

Qeyd edək ki, Voyçex Şesni 2008-2017-ci illərdə “Arsenal”ın çərçivəsini qoruyub. Onun “Yuventus”la sözləşməsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest